Azərbaycan və Qazaxıstan Kamera Xorunun birgə konserti keçirilib
Bakıda və Gəncədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Azərbaycan Dövlət Xoru və Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyası Qazax Kamera Xorunun birgə konsertləri keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, tədbirlər Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Füzuli günləri” layihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Gəncədə isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutub, türk mədəniyyətinin inkişafında müstəsna yer tutan görkəmli şair, mütəfəkkir, böyük ustad Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.
Füzuli yaradıcılığına həsr olunmuş gecələrdə türk dünyası musiqi tarixinin ən böyük əsəri olan bəstəkar Cahangir Cahangirovun “Füzuli” kantatası, eləcə də qazax bəstəkarlarının nadir əsərləri ifa olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyətindən bəhs edərək layihə ilə bağlı ətraflı məlumat verib. O, Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradıldığını vurğulayaraq təşkilatın əsas missiyasının türk dünyasının zəngin mədəni irsinin qorunması, araşdırılması və beynəlxalq aləmdə təbliği olduğunu qeyd edib.
A.Raimkulova xüsusilə fondun türk dünyasının dahi şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması yönündə “Türk Dünyasının görkəmli şəxsiyyətləri”, “Türk Dünyasının ədəbi inciləri”, “Türk Dünyasının elmi inciləri” adlı kitab seriyalarını tərtib etdiyini diqqətə çatdırıb. O, Fondun "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabının nəşr edildiyini bildirib. Bu kitabda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Füzuli irsinin tanıdılması istiqamətində müstəsna xidmətləri əks olunub.
A.Raimkulova Qazaxıstanın Aktobe vilayətinin İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən konsertlərin həm də Jubanova adına Aktobe Filarmoniyasının 80 illik yubileyinin qeyd olunmasına həsr olunduğunu qeyd edərək Filarmoniyanın direktoru Dina Niyazovanı təbrik edib.
Tədbirlərdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, deputatlar, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Qazax Kamera Xoru Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Türk Mədəniyyəti və İrsi Fondu Qarabağdakı abidələrin bərpası işlərinə başlayıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













