IV Milli Yaylaq Festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
IV Milli Yaylaq Festivalının açılış mərasimi keçirilib.
“Sizinxeber.az”un Göygölə ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, digər rəsmilər, eləcə də ölkənin mədəni-ictimai şəxsləri, media mənsubları və başqa qonaqlar iştirak edirlər.
Əvvəlcə qonaqlar festivaldakı “Cıdır meydanı”, “Yaylaq süfrəsi”, “Sənətkarlıq guşəsi”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı” və digər tematik sahələrlər tanış olublar.
Qonaqlara məlumat verilib ki, əvvəlki illərdə olduğu kimi, builki festival da üç əsas istiqamətə - mədəni-etnoqrafik hissə, milli yaylaq oyunları və ekoturizm (eko-ağro-etno turizm) bölmələrindən ibarətdir.
Rəsmilər və festival iştirakçıları yerli, eləcə də xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifalarını, yerli kollektivlərin çıxışlarını, milli rəqsləri, xalq mahnılarını izləyiblər. Həmçinin Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri ilə tanış olublar.
Festival çərçivəsində səhnəciklər, teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq nümunələri və milli geyim sərgiləri təqdim olunub.
Açılış mərasimi təntənəli konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, IV Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi, və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilir.
IV Milli Yaylaq Festivalının açılış mərasimi keçirilir.
“Sizinxeber.az”un Göygölə ezam olunan əməkdaşı xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, digər rəsmilər, eləcə də ölkənin mədəni-ictimai şəxsləri, media mənsubları və digər qonaqlar iştirak edirlər.
Builki festivalın açılış konsertində Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gələn sənətçilər çıxış edəcək.
Oxşar xəbərlər
Göygöldə Aqrar Biznes Festivalı keçiriləcək
IV Milli Yaylaq Festivalının açılış mərasimi keçirilir
Bilal Ərdoğan: Azərbaycanda türk dünyasından gələnlərin birliyini görməkdən məmnunuq
Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












