Azərbaycan mücrüləri yüksək zirvə toplantısında nümayiş etdirilib
Azərbaycan mücrüləri yüksək zirvə toplantısında nümayiş etdirilib.
Bu barədə "Report"a "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin (İB) sədri Lalə Sərdarlı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə gerçəkləşən "Qərbi Azərbaycanın sənət nümünələri" adlı layihənin icrası uğurla davam etdirilir.
Məlumata görə, bu günədək bir çox konfrans və sərgilərdə "Urud abidələri" kolleksiyasına aid olan "Urudum" adlı sandıqça, "Göyçə çələngi" adlı kolleksiyaya aid olan "Göyçəm" adlı mücrü, "Yurdumun harayı" adlı kolleksiyaya aid olan "Dərələyəzim" adlı sandıq, "Mirzə Qədim müjdəsi" adlı kolleksiyaya aid olan "Sonuncu Xan" adlı mücrü, "İrəvanım" adlı kişi üzüyü, "Turan Yolu Zəngəzurum" adlı kolleksiyaya aid olan " İpək Yolu" adlı sandıqça və "Dərələyəzim" adlı kolleksiyaya aid olan " Keşkəndim" adlı mücrü nümayiş olunub.
Adıçəkilən dekorativ tətbiqi sənət nümunələri ilə ölkənin tanınmış elm, təhsil, incəsənət adamları, deputatlar, vətəndaş cəmiyyəti təmsilçiləri və mətbuat nümayəndələri, diplomatlar, nüfuzlu elm, sənət adamları, qabaqcıl iş adamları, dini liderlər yaxından tanış olub, Qərbi Azərbaycan həqiqətlərini önə çəkən zəruri bilgilərlə məlumatlandırılıb.
Həmçinin bildirilib ki, İstanbulda keçirilən yüksək zirvə toplantısında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 40 illik yubileyi münasibətilə təşkilat adından dünya səviyyəsində tanınmış 30-dan çox nüfuzlu simaya təqdim edilən mükafatlar Sərdarlılar ailəsinin hazırladıqları xüsusi mücrülərdə Azərbaycanın adı həkk edilməklə verilib.
Eyni zamanda hazırlanmaqda olan digər dekorativ tətbiqi sənət nümunələri isə yuxarıda qeyd olunan layihənin icrasının növbəti mərhələsində Xaçmaz rayonunda keçiriləcək konfrans-sərgi formatında yerli ictimaiyyətə təqdim olunacaq.
Oxşar xəbərlər
BTQ-nin təşəbbüsü ilə keçirilən konfransda “Mayot mübarizəsi” adlı videomaterial nümayiş etdirilib
“TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var
Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib
"AHİK+" adlı yeni elektron layihə hazırlanıb
Prezident İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
