Həmədanın mərkəzi hissəsi UNESCO-nun mədəni irs siyahısına daxil edilib
Güney Azərbaycanın Həmədan şəhərinin mərkəzində yerləşən qədim Ekbatan (Hekmatan)şəhəri UNESCO-nun Ümumdüna Mədəni irs siyahısına daxil edilib.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, bu barədə qərar UNESCO-nun Hindistanın Nyu-Delhi şəhərində davam edən 46-cı sessiyasında qəbul olunub.
Ekbatan şəhəri İranın mədəni irsinin simvolu sayılır. Bu şəhər vaxtı ilə Midiya dövlətinin paytaxtı olub. Bir müddət sonra Əhəmənilər və parfiyalıların yay paytaxtı elan edilib.
Ərazidə əhəmiyyətli tapıntılara çiy kərpicdən tikilmiş nəhəng müdafiə divarı və şəbəkəyə bənzər şəhər planı daxildir. Zaqros dağlarının Əlvənd qolunun altında yerləşən Ekbatan 3000 illik fasiləsiz tarixə malikdir. Ora eramızdan əvvəl 6-7-ci əsrlərə aid Midiya mədəniyyətinin nadir qalıqlarını ehtiva edir.
Oxşar xəbərlər
Balaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildi
Kamran İmanov: UNESCO ikili standartlara əl atır, vəzifələrini icra etməkdən boyun qaçırır
UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirilib
İbn Sinanın dəfn edildiyi, Azərbaycanın ən qədim paytaxtı olmuş şəhər - ARAŞDIRMA
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun İrs Siyahısına salınmasını vacib sayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













