Naxçıvan Dövlət Universitetinin tələbələri “O olmasın, bu olsun” əsərini səhnələşdirib
- 8-07-2024, 23:36
- Mədəniyyət / İncəsənət
- 0
- 2 925
Naxçıvan Dövlət Universitetinin tələbələri “O olmasın, bu olsun” əsərini səhnələşdirib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyasını nümayiş etdirib.
Muxtar respublikanın yaranmasının 100-cü ildönümü münasibətilə təqdim olunan tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri izləyiblər.
Tamaşadan əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, universitet muxtar respublikanın 100 illiyinə töhfələr verməkdə davam edir və nümayiş etdirilən musiqili komediya da ali məktəb kollektivinin bu yubileyə hədiyyəsidir. Rektor vurğulayıb ki, bu, həm də istedadlı tələbələrin Naxçıvan ictimaiyyəti qarşısında hesabatıdır.
Universitetin Konservatoriyası və Musiqi Kollecinin müəllim və tələbələri tərəfindən səhnələşdirilən tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Əməkdar artist Mübariz Əsgərov, dirijoru Xalq artisti, professor Çingiz Axundov, quruluşçu rəssamı Əməkdar rəssam Cavid İsmayılovdur.
Tamaşada ümumilikdə, 42 müəllim və tələbə iştirak edib. Aktyorları universitetin kiçik tərkibli simfonik orkestri müşayiət edib.
Fuad Nəcəfli tamaşadan sonra aktyorlarla görüşüb, uğurlu səhnə həlli münasibətilə təbriklərini çatdırıb və onlarla xatirə fotosu çəkdirib.


width="220" alt="Naxçıvan Ali Məclisində istefa" />
width="220" alt="Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />