Əməkdar artist Kifayət Gəncəli vəfat edib
sizinxeber.az xəbər saytı

Əməkdar artist Kifayət Gəncəli vəfat edib


Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

Bu barərə Sizinxeber.az-ya mərhumun qızı Elza Məmmədova məlumat verib.

Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb
Lənkəran Teatrının aktrisası dəfn edilib - YENİLƏNİB
"Nizami" operası Gəncədə nümayiş edilib - FOTO
Gəncə Dövlət Filarmoniyası Bakıda konsert proqramı ilə çıxış edib
Əməkdar artist Təvəkkül Əliyevin anım günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər