Kino Günü qeyd olunacaq
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də saat 17:30-da Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.
Nazirlikdən APA-ya verilən xəbərə görə, mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər.
Qeyd edək ki, avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır. Bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub.
Ulu Öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.
Oxşar xəbərlər
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib
Bakıda Özbək Kinosu Günlərinin açılışı olub
"Hadrut, sən azadsan!" filmi təqdim edilib - FOTO
"V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib
Avqustun ilk günü paytaxtda 32, bölgələrdə 35 dərəcə isti olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













