Rixard Zorgenin abidəsi təmizlənərək abadlaşdırılıb
sizinxeber.az xəbər saytı

Rixard Zorgenin abidəsi təmizlənərək abadlaşdırılıb


“Abidələrə qayğı” – Bakı şəhərində heykəltəraşlıq əsərlərinin təmizlənməsi və abadlaşdırılması layihəsi çərçivəsində növbəti təmizləmə- abadlıq işləri davam edir.

Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə 1981-ci ildə ucaldılıb.

Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanıb. Abidənin quruluşu qeyri-adidir. Hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi abidə qurulub. Onun üzərində mübariz qəhrəmanın üzü həkk edilib. Müəllif kəşfıyyatçının gözlərinə xüsusi diqqət vermişdir. Hal-hazırda Zorge abidəsi üzərində yüksək təzyiqli su püskürmə üsulu ilə təmizləmə işləri yekunlaşıb.

Oxşar xəbərlər

Albert Aqarunovun heykəli üzərində bərpa-təmizləmə işləri aparılıb
Nazirlik: Qara Qarayevin abidəsi restavrasiya edilir
Kursk səmasında 19 PUA zərərsizləşdirilib
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər