"Tağıyev"in baş qəhrəmanı: Filmə hazırlıq ərəfəsində ümumilikdə onunla bağlı beş kitab oxumuşam
"Tağıyev" filminə hazırlıq ərəfəsində ümumilikdə onunla bağlı beş kitab oxumuşam.
Bu fikirləri "Report"a müsahibəsində "Tağıyev" filmində baş rol ifaçısı Xalq artisti Pərviz Məmmədrzayev deyib.
Xalq artisti bundan əlavə onlarla məqalə və internetdən tapdığı digər vəsaitləri də çox diqqətlə oxuduğunu qeyd edib:
"Kitabları qısa müddətə bitirdim, haradasa 15-20 günə. Ondan sonra özüm üçün Tağıyev obrazını yaratdım, yerişindən, gülüşündən, danışığından tutmuş, ən adi davranışlarına qədər. Rejissor Zaur Qasımlı özü Tağıyev barədə bir xeyli material toplamışdı, mənə çox ciddi istiqamət verirdi".
Pərviz Məmmədrzayev film barəsində gələn bütün rəylərə fikir verdiyini də vurğulayıb:
"Bir nəfər yazmışdı ki, Tağıyev çox nurlu adam olub, bu aktyorun üzündən “moşenniklik” yağır. Bu rəylər, düzü, məni sevindirir. Çünki fikirlər birmənalı deyilsə, demək, film uğurludur. Hər kəsin xoşuna gəlmək mümkünsüzdür".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
“TAĞIYEV: NEFT” bədii filmi kinoteatrlarda təqdim olunacaq
"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO
Pərviz Məmmədrzayev: Azərbaycanda iki-üç dramaturq var ki, əsərləri səhnə üçün yararlıdır - MÜSAHİBƏ
"Tağıyev" filminin çəkilişləri başa çatıb, premyerası olacaq
Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxsin yenidən məhkəməsi başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












