Xalq yazıçısı Anar: “Azərbaycan televiziyasına baxmıram”
“Mən uzun müddətdir ki, Azərbaycan televiziyasına baxmıram”.
Bunu Moderator.az-a xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar deyib.
Anar Xurşudbanu Natəvan və Mirzə Fətəli Axundovun heykəl obrazlarından istifadə edilərək lentə alınan reklamdan danışıb.
“Sözün düzü həmin video görüntünü görməmişəm. Sosial şəbəkələrə baxmıram. Qəsdən baxmıram ki, axmaq-axmaq paylaşımlara qanım qaralmasın. Belə böyük insanları, dahiləri ucuz reklamlarda istifadə etmək olmaz. Bunu qınayıram. Düz edib həmin reklamı yayımdan qaldırıblar. Hər bir şeyin günahını Yazıçılar Birliyində görürlər. Bir yerdə yanğın olsa, yenə də Yazıçılar Birliyinin üstünə atacaqlar ki, niyə münasibət bildirmir?! O qədər mənasız insanlar mənasız işlər görür ki! Hamısına Yazıçılar Birliyi cavab verməlidir?” , - deyə Anar bildirib.
Oxşar xəbərlər
Yazıçı Anar: "AYB İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir"
Azərbaycan ziyalıları və ədəbiyyatçıları Natəvanın Fransadakı heykəlinə qarşı rəftarı pisləyiblər - BƏYANAT
Anar təsdiqlədi: “Sürücü və katibəmə də ev vermişəm!”
"İnanırıq ki, Mədəniyyət Nazirliyi bu yubileyə biganə qalmayacaq...”
Anar Ələkbərov telefonda Kamilə nə deyib?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












