Avtomobili ilə "Kürd Amo"nu vurub üstündən keçən şəxs həbs edildi
sizinxeber.az xəbər saytı

Avtomobili ilə "Kürd Amo"nu vurub üstündən keçən şəxs həbs edildi




Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, cari il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində almış olduğu xəsarətlərdən 1 gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və hazırda ibtidai istintaq Goranboy rayon prokurorluğunda davam etdirilir.

Bu barədə Prokrorluqdan Sizinxeber.az-ə məlumat daxil olub. 

İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sizinxeber.az

Oxşar xəbərlər

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
Bakıda 89 yaşlı atasını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır
Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqerin kassasiya şikayəti təmin edilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle