Bakıda dəhşət - Kirayənişin ona evində sığınacaq verən ev sahibinin boğazını kəsdi - VİDEO
Bakıda dəhşətli qətl hadisəsi baş verib. Kirayəşin evində qaldığı 75 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, hadisə Nizami rayonunun Əlif Hacıyev küçəsində gecə saatlarında baş verib. Ev sahibi 75 yaşlı Tahir Əliyevin 59 yaşlı Zahid İsayev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə vaxtı qətlə yetirilən kişinin oğlu başqa evdə olub. O gəldikdə, atasının artıq can verdiyini görüb.
Məlum oldu ki, öldürülən Tahir Əliyev hələ bir neçə il əvvəl ''Xəzər Xəbər''ə də müsahibə verib. O, səhiyyə sahəsində müəyyən araşdırmalarla məşğul idi və onun fəaliyyəti fərqli vaxtlarda bir neçə dəfə çəkilərək efirə təqdim edilib.
Qonşular qışqırıq səsləri eşitdiyini, hadisə yerinə gəldikdə isə artıq gec olduğunu deyirlər.
Faktla bağlı Nizami Rayon Prokurorluğu da məlumat yayıb. Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanıb.
Qaradağ rayonunda da ağır qətl hadisəsi törədilib. Burada isə oğul öz anasını qətlə yetirib. Hadisə bu gün səhər saatlarında rayonun Ümid qəsəbəsi ərazisində baş verib. Burada isə 57 yaşlı Aybəniz Şükürova öldürülüb. Onu qətlə yetirməkdə 33 yaşlı oğlu Kamran Şükürov şübhəli bilinir. Qeyd edilir ki, o, anasını kəsici-deşici alətlə qətlə yetirib. Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aysel Həsənova bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub.
Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


width="220" alt="Bakıda 40 yaşlı kişi qətlə yetirilib" />
width="220" alt="Qətldə şübhəli bilinən şəxsin xalası: “Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb” - VİDEO" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />