Tanışının 62 500 manatını mənimsəyən şəxslə bağlı məhkəm QƏRARI
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Baxışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Sizinxeber.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Natiq Baxışov tanışı, zərərçəkmiş M.Əskərovun oğlunun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq olunan cinayət işini xitam etdirəcəyinə dair yalandan vəd verib. O, 2022-ci ildə müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində zərərçəkmişin ümumilikdə 62 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Baxışov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Qobustanda avtoqəzada hindistanlıların ölümündə günahlandırılan şəxslə bağlı QƏRAR
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Əsgərin ölümünə görə həbsdə olan şəxs şikayətini geri götürdü
Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxsin yenidən məhkəməsi başladı
Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqerin kassasiya şikayəti təmin edilməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













