Nərimanovda 5 narkokuryer və silahlı şəxs saxlanılıb
Nərimanov rayonunda əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanılıb.
Bu barədə Sizinxeber.az-ə DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar son bir ay ərzində də davam etdirilib. Tədbirlərlə saxlanılan Tehran İsmayılov, Elçin Məmiyev, Yusif Yusifzadə və Məlik Əzimov paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslərdən olublar. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Tədbirlər zamanı saxlanılan digər şəxslərdən isə ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
Həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılan Pərviz İbiyevdən isə 1 ədəd "Makarov" tapançası aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


width="220" alt="Nərimanov rayonunda əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanılıb - VİDEO" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />