Taksi şoferini əvvəlcə döydülər, sonra bıçaqla... - FOTO
sizinxeber.az xəbər saytı

Taksi şoferini əvvəlcə döydülər, sonra bıçaqla... - FOTO




Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.

Sizinxeber.az

Oxşar xəbərlər

Şüvəlanda taksi sürücüsünü döyüb avtomobilini qaçıran şəxslər saxlanılıb
Xətaidə 15 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb
9000 manat dəyərində 7 ədəd mobil telefonun oğurlandı
Keçmiş məhbus 460 manat pul və mobil telefonu oğurladı
Bakıda bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle