Hacı Şahinin yerinə təyin olunan imama qarşı sui-qəsd təşkil olunub, məhkəməsi keçirilir
Məşədi Dadaş məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Fəxrəddin oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sizinxeber.az "Report"-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd olunub ki, Elşən Hüseynov 1983-cü ildə Bakı şəhərində anadan olub, rəsmi heç yerdə işləməyib.
Məhkəmədə onun hüquq və vəzifələri izah edilib. Elşən Hüseynov dövlət hesabına vəkillə təmin edilib.
Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət olunub.
Proses avqustun 2-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinə bıçaqla daxil olaraq oranın imamı və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona qarşı sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarəti yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova qarşı sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.


width="220" alt="Hacı Şahinin yerinə təyin olunan imama sui-qəsd təşkil olunub - Məhkəməsi keçirilir" />
width="220" alt="Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı" />
width="220" alt="Fazil Mustafaya sui-qəsd işi ilə bağlı yeni xəbər" />
width="220" alt="Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxsin yenidən məhkəməsi başladı" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />