COP30 üzrə BMT-nin yüksək səviyyəli iqlim lideri təyin edilib
Braziliya Prezidenti Lula da Silva sahibkar Den Yoşpeni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) üzrə BMT-nin yüksək səviyyəli iqlim lideri təyin edib.
“Report” xəbər verir ki, bu barədə COP30-un rəsmi səhifəsində məlumat yayılıb.
Qeyd olunub ki, D.Yoşpe iki illik müddətə təyin edilib. 2025-ci ildə o, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ilə birgə işləyəcək.
"Mən Bakıdan Belenə qədər irəliləyişi sürətləndirdiyimiz üçün COP30-un yüksək səviyyəli liderini salamlamağı səbirsizliklə gözləyirəm. Den Yoşpe ilə möhkəm və səmərəli tərəfdaşlıq qurmaq imkanını səbirsizliklə gözləyirəm. Yalnız birgə səylərimiz sayəsində hamı üçün daha sağlam, təhlükəsiz və zəngin gələcəyə keçidi sürətləndirə bilərik", - N.Arpadarai bildirib.
Qeyd edək ki, COP30 bu il noyabrın 10-21-də Braziliyanın Belen şəhərində keçiriləcək.
Oxşar xəbərlər
COP30 Prezidenti: "Bakı-Belen yol xəritəsi” iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə cəlb etməyə kömək edəcək
İsveçrədə COP29-un əsas nəticələri və COP30-un perspektivləri müzakirə ediləcək
Braziliyada keçiriləcək COP30-un prezidenti təyin olunub
Leyla Cabbarlı: “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün nəticələri COP30-da təqdim edilə bilər"
Leyla Cabbarlı: “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün” nəticələri COP30-da təqdim edilə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








