Almaniyada Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb
sizinxeber.az xəbər saytı

Almaniyada Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb


Almaniyanın Bonn şəhərində Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.

İmzalanma mərasimində COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iştirak ediblər.

Mərasimdən sonra tərəflər arasında Azərbaycanı COP29-un ev sahibi kimi statusunu təsdiqləyən məktub mübadiləsi aparılıb.

Bildirilir ki, hazırda Azərbaycan tərəfi tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və s. olmaqla kompleks məsələlər üzərində böyük komanda ilə iş aparılır.

Oxşar xəbərlər

Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin səfiri ilə COP29-a hazırlıq müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir Almaniyanın xarici işlər nazirinin müavini ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər