Prezident: Qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu
“Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında bildirilir.
Onun sözlərinə görə, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb:
“Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.
Oxşar xəbərlər
Dövlət başçısı: Böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu
Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
Prezident: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
Dövlət başçısı: Müstəmləkə idarəçiliyindən əziyyət çəkən xalqlarla həmrəylik nümayiş etdirdik
Prezident: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













