"COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib
sizinxeber.az xəbər saytı

"COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib


Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin Azərbaycan və rus dillərində pilot şəklində hazırladığı iqlim dəyişmələri haqqında metodik vəsaitin hazırda ingilis dili versiyası üzərində işlər gedir.

Hər üç dildə onlayn olaraq yayımlanacaq metodik vəsait bu sahədə məlumat əldə etmək istəyən hər kəs üçün əlçatan olacaq.

Kitabın ilk 28 bölməsini “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin mütəxəssisləri hazırlayıblar.

Yekun 29-cu dərs isə COP29 Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tərəfindən oxuculara tövsiyələr şəklində tamamlanıb.

Kitabın ideya müəllifi və baş redaktoru “EkoSfera” SEM-in rəhbəri Firuzə Sultan-zadədir.

Oxşar xəbərlər

"COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi" layihəsinin açılış mərasimi keçirilib
Nigar Arpadarai ICESCO-nun baş direktoru ilə iqlim böhranının mədəni irsə təsirini müzakirə edib
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle