COP29 Sədrliyi 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon dollara çatdırmağa çağırır
“Məsləhətləşmələr zamanı səsləndirilən rəyləri və dünənki Qurultayda Tərəflərin fikirlərinin nəzərə alaraq, bu gün yenilənmiş mətnləri dərc etmişik”.
Sizinxeber.az xəbər verir ki, bu barədə COP29 Sədrliyinin bu gün yaydığı bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, bu mətnlər COP29 üçün balanslaşdırılmış və sadələşdirilmiş paket təşkil edir.
“COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə təhlil etməyə, qalan bir neçə variant üzərində konsensusa gəlməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.
Həmçinin bildirilib ki, Tərəflərin göstəricilərinin ilk təzahürü olaraq Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda Tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət yer alıb.
Oxşar xəbərlər
COP29 Sədrliyi bəyanat yayıb
COP29 Sədrliyi bəyanat yayıb, ildə 250 milyard dollar iqlim maliyyələşməsi təklif edilir
Muxtar Babayev: Azərbaycan COP29-da bütün maraqlı tərəflərin səslərini əks etdirməsi üçün fəal çalışıb
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirik
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













