İsrail rəsmisi: İçməli su texnologiyasını digər ölkələrlə paylaşmağa hazırıq
Biz kənd təsərrüfatında suyun yenidən istifadəsində dünya lideriyik. Suvarma üçün yeni texnologiyalar tətbiq edirik.
Sizinxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən "İqlim, Təbiət və İnsanlar üçün Su Həyat Xəttinin Təbliği" yüksək səviyyəli açılış tədbirində çıxışı zamanı İsrail Meteorologiya Xidmətinin baş direktoru Əmir Givati deyib.
O bildirib ki, İsrail onilliklərdir su qıtlığı ilə üzləşir. Yağıntı az düşür, ya da qısa müddətdə böyük həcmdə yağıntı olur. Buna görə də iqlim dəyişikliyinin təsirləri nəzərə alınmalıdır. İsrail bunun üçün həll yolları təklif edir: “İçməli suyun əksəriyyətini Aralıq dənizindən suyun duzsuzlaşdırılması yolu ilə əldə edirik. İsrail bu bilik və texnologiyanı qonşu və digər ölkələrlə paylaşmağa hazırdır”.
Oxşar xəbərlər
İsrail iqlim böhranı ilə mübarizədə öz bilik və texnologiyalarını digər dövlətlərlə bölüşməyə hazırdır
Muxtar Babayev: İqlim dəyişikliyinin su sistemlərinə təsiri Azərbaycanda da ciddi hiss olunur
BMT-nin icraçı direktoru: Fəlakətlərin 90 faizi, o cümlədən quraqlıq və yanğınlar su ilə əlaqəlidir
Almaniyalı nazir: COP29-un Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsini dəstəkləyirik
Nazir müavini: Bölgələrdə davamlılığı təmin etmək üçün suyun istifadəsini optimallaşdırırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













