Braziliyalı nazir: Meşələr iqlim balansına töhfə verir - FOTO
sizinxeber.az xəbər saytı

Braziliyalı nazir: Meşələr iqlim balansına töhfə verir - FOTO


Meşələr təsviri gözəlliyin və akustik gözəlliyin nümunəsidir, çünki meşələr qulaqlarımız üçün həqiqi melodiyalar olan səslər yaradır.

Sizinxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “İqlim, Təbiət və İnsanlar üçün Meşələr: Meşələr üçün iqlim maliyyələşdirilməsi" adlı Yüksək Səviyyəli tədbirdə Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva deyib.
O qeyd edib ki, bu kontekstdə qorunan, mühafizə edilən və bərpa edilən meşələr bizim ən böyük müttəfiqlərimiz olur və birbaşa iqlim balansına töhfə verir:
"Bilirik ki, ən kasıb və ən həssas insanlar iqlim dəyişikliyindən ən çox təsirlənənlərdir ki, bu da yoxsulluğu, aclığı və bərabərsizliyi daha da artırır. Meşələrin qorunması təkcə ekoloji məsələ deyil, həm də heç kimin geridə qalmamasını təmin etmək və səylərimizi ədalətli keçidin təşviqi ilə uzlaşdırmaq üsuludur".

Oxşar xəbərlər

Almaniyalı nazir: COP29-un Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsini dəstəkləyirik
Muxtar Babayev: İqlim dəyişikliyinin su sistemlərinə təsiri Azərbaycanda da ciddi hiss olunur
Nazir müavini: Fermerlərimizi dəstəkləyə bilən güclü iqlim maliyyələşdirmə sistemi yaratmaq istəyirik
BƏƏ rəsmisi: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir
İsveç hökuməti “destruktiv” iqlim siyasətinə görə Aİ Komissiyasına şikayət edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle