UNFCCC rəsmisi: Azərbaycan COP29-da media mərkəzinin təşkilini uğurla həyata keçirib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) COP29-da Kütləvi informasiya vasitələrinin (KİV) davamlı fəaliyyətini təmin etmək üçün əlindən gələni edir.
“Report” xəbər verir ki, bunu UNFCCC-nin kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer jurnalistlərə açıqlamasında bildirib.
"Komandamız media nümayəndələrinin baş verən hadisələrdən xəbərdar olması üçün əlindən gələni edir", - o bildirib. Əlavə edib ki, media qurumlarının əməkdaşlarına hər gün əsas proqramla bağlı elektron məktublar göndərilir.
"Biz, həmçinin sosial şəbəkələrdən, “push” bildirişlərdən, eləcə də baş verənlərdən daim xəbərdar olmaq üçün məlumat tapa biləcəyiniz veb-saytlardan istifadə edirik", - o vurğulayıb.
A.Sayerin sözlərinə görə, Azərbaycan hökuməti media mərkəzinin təşkilini uğurla həyata keçirib və onu məhdud imkanlara malik olan insanlar üçün də əlçatan edib.
Oxşar xəbərlər
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir
COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib
UNFCCC: Əlillərin COP29-da əlçatanlığı təmin edilir
Yapon nazir müavini: Azərbaycan COP29-un uğurla keçirilməsi üçün əlindən gələni əsirgəmir
Bakı Olimpiya Stadionu UNFCCC-yə təhvil verilib - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













