COP29-da ekoaksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsini artırmağa çağırır
Bakıda keçirilən COP29 iqlim konfransında bu gün növbəti ekoaksiya keçirilib. Aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsini artırmağa çağırıblar.
“Report” xəbər verir ki, aksiya iştirakçıları iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə həssas ölkələrin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda ən çox zərər çəkmiş regionların qorunması üçün resursların ədalətli bölüşdürülməsinin əhəmiyyətini qeyd ediblər.
Ekofəallar "We need trillions, not billions" ("Bizə milyardlar deyil, trilyonlar lazımdır") və "Pay up or shut up" ("Ya ödəyin, ya da çıxıb gedin") şüarları ilə çıxış ediblər.
Aksiyanın təşkilatçılarından biri bildirib ki, maliyyələ ilə bağlı məsələlər məhz burada - COP29-da həll edilməlidir.
“Report” aksiyadan görüntüləri təqdim edir:
FOTO: Vüqar Xanlarov
Oxşar xəbərlər
COP29-da ekoloji aksiya iştirakçıları iqlim ədalətinin əldə olunması tələbi ilə çıxış ediblər
COP29: “ActionAid” iştirakçıları iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərin ədalətli bölüşdürülməsinə çağırış edib
QHT aktivistləri COP29-da “Varlı ölkələr, iqlim borcunuzu ödəyin!” şüarı ilə aksiya keçirib - VİDEO
Vyetnam inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirməyə çağırır
COP29-da kolonializmə qarşı aksiya keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













