Burundiyalı nazir: "İlk növbədə infrastrukturu yaşıllaşdırmaqdan başlamaq lazımdır"
sizinxeber.az xəbər saytı

Burundiyalı nazir: "İlk növbədə infrastrukturu yaşıllaşdırmaqdan başlamaq lazımdır"


İqlim maliyyəsinə çıxışı asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Burundinin infrastruktur naziri Dukundane Dieudonne COP29-da İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

Onun sözlərinə görə, ölkələr razılaşmalıdırlar ki, ilk növbədə infrastrukturu yaşıllaşdırmaqdan başlamaq lazımdır: "İqlim maliyyəsinə çıxış heç də asan olmayan bir yoldur. Buna görə də bu maliyyələşdirmə imkanlarına çıxışı asanlaşdırmaq üçün əlimizdən gələni etməliyik".

O qeyd edib ki, ölkəsindəki şəhərlərdə mühərrikli nəqliyyat vasitələrinin sayı artır və iqlim dəyişikliyinə təsiri aşkardır: "Yeganə həll yolu model dəyişikliyinə getmək, yəni nəqliyyat xidmətlərimizdə yanacaqdan asılılığı məhdudlaşdırmaq üçün metro və ya tramvay layihəsinə başlamaqdır. Bunun yaxşı tərəfi odur ki, hazırladığımız layihə özəl sektorun marağını asanlıqla cəlb edə bilər".

Oxşar xəbərlər

Nazir: “Azərbaycana idxal olunan elektrikli və hibrid avtomobillərin payı 2 dəfə artıb”
Muxtar Babayev: COP29-un uğurlu olması üçün Paris Sazişinin bütün müddəaları üzrə əlimizdən gələni etməliyik
Nazir müavini: “Şəhərlər enerji səmərəliliyinin təmin edilməsində əsas rol oynayır”
Çilinin nəqliyyat naziri: "Qlobal karbon emissiyalarının 23 %-i nəqliyyatın payına düşür"
"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə iqlimə dayanıqlı İnfrastruktur barədə panel müzakirə baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle