Azərbaycan “ACWA Power” ilə “yaşıl enerji” layihələrini müzakirə edib
COP29 çərçivəsində Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə “yaşıl enerji” layihələri çərçivəsində uğurlu əməkdaşlığı müzakirə edib.
“Sizinxeber.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun COP29 çərçivəsində “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə keçirilən görüşdə aparılıb.
Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə alternativ enerji sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.
Tərəflər bərpa olunan “yaşıl enerji” layihələri çərçivəsində şirkətin ölkəmizlə birgə fəaliyyətinin uğurla irəliləməsindən məmnunluq ifadə ediblər. Azərbaycanda əlverişli investisiya imkanlarının artırılması, SOCAR-la əməkdaşlığın şaxələndirilməsi və karbonsuzlaşma istiqamətində atılan addımlar nəzərdən keçirilib.
Oxşar xəbərlər
“ACWA Power” Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir
KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb - YENİLƏNİB
“ACWA Power”in Azərbaycanda “Xızı-Abşeron” KES-in inşasına ayırdığı vəsait açıqlanıb
Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













