"Haber Global": Bakıda keçirilən COP29 Konfransına böyük maraq var
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının COP29 Konfransına böyük maraq var.
"Sizinxeber.az" xəbər verir ki, bu fikirlər Türkiyənin "Haber Global" telekanalının qlobal əhəmiyyətli tədbirdən hazırladığı növbəti reportajda yer alır.
Bildirilir ki, sammit həm də "Maliyyə COP-u" adlanır, çünki konfransın əsas gündəliyi xüsusilə həssas ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizə məqsədilə lazımi maliyyənin necə təmin edilməsidir.
Qeyd olunur ki, tədbiri müxtəlif ölkələrdən üç min jurnalist izləyir.
169 ölkədən 72 min insanın iştirak etdiyi tədbir Bakı Olimpiya Stadionu və onun ətrafında yaradılmış müvəqqəti ərazilərdə keçirilir. Giriş hissəsindən iclas otağına qədər uzanan dəhlizlərdə Azərbaycan Tarixi Muzeyinin inventarında olan ölkə tarixinə aid əşyalar sərgilənir. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin həll yollarının izah edildiyi pavilyonlar ziyarətçilərlə doludur.
Oxşar xəbərlər
“Haber Global”da COP29-un birinci günü geniş işıqlandırılıb
“Haber Global” mükafata layiq görüldü
BMT nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri cəlb etmədən həll edilməyəcək
İtaliyalı professor: İqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz
İrakli Kobaxidze: COP29-un keçirilməsi kritik bir vaxta təsadüf edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













