Özbəkistanlı nazir: Azad edilmiş ərazilərdə yeni layihələr həyata keçirməyi planlaşdırırıq
Azad edilmiş ərazilərdə Özbəkistan şirkətlərinin iştirakı ilə tikinti materialları, əczaçılıq və tibbi məhsulların istehsalı üzrə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kurbatov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bu gün biz Xankəndidə tekstil məhsullarının istehsalı layihəsinə start verdik. Müəssisədə minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Məhsulun 80 %-i ixraca yönəldiləcək. Bu, azad edilmiş ərazilərdə iş yerlərinin yaradılmasını, sənaye potensialının artırılmasını nəzərdə tutan ilk xarici investisiyadır", - o bildirib.
L.Kurbatov qeyd edib ki, əməkdaşlıq üçün böyük imkanlar var, layihələrin həyata keçirilməsi üçün isə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəaliyyət göstərir. "Düşünürəm ki, bu cür siyasi iradə və liderlərimizin səmimi münasibətləri sayəsində biz mütləq ikitərəfli əməkdaşlıqda daha yüksək zirvələrə və nəticələrə nail olacağıq", - nazir əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Özbəkistanın tikinti sektoruna investisiya yatıra bilər
Agentlik rəhbəri: Azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur
SOCAR Qarabağ və Şərgi Zəngəzurda BOEM sahəsində layihələr həyata keçirməyi planlaşdırır
Azad olunmuş ərazilərdə nə qədər seçici səs verəcək?
Özbəkistan və Türkiyə 10 milyard dollarlıq yeni investisiya layihələri formalaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
