Yalçın Rəfiyev: Kiçik ada dövlətləri dəstəyimizə tam arxalana bilərlər
sizinxeber.az xəbər saytı

Yalçın Rəfiyev: Kiçik ada dövlətləri dəstəyimizə tam arxalana bilərlər


COP29-un baş danışıqçısı Yalçın Rəfiyev kiçik ada dövlətlərinin göstəriləcək dəstəyə tam şəkildə arxalana biləcəyini bəyan edib.

“Report” xəbər verir ki, noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxış edən Y.Rəfiyevin sözlərinə görə, COP29 komandası çalışmalıdır ki, fondun fəaliyyəti başlasın:

“Növbəti 10 illik ərzində qarşımızda böyük məsuliyyət dayanır. 1.5 dərəcə temperaturu saxlamaq kiçik ada dövlətləri üçün çox önəmlidir. Bundan başqa görüləcək tədbirlərin tempi də çox önəmlidir. Əlimizdən gələni etməliyik ki, fondun fəaliyyətinə nail olaq”.

Baş danışıqçı COP29 çərçivəsində kiçik ada dövlətlərinə dayanıqlı inkişaf məqsədlərinin icrası üçün daim dəstək olacağını vurğulayıb.

Oxşar xəbərlər

Antonio Quterreş: Kiçik ada dövlətləri ədalətsizliyin önündədir
Prezident İlham Əliyev müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırıb
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər