Baham adalarının Baş naziri: Kiçik dövlətlər iqlim problemləri fonunda böyük çətinliklərlə üzləşirlər
sizinxeber.az xəbər saytı

Baham adalarının Baş naziri: Kiçik dövlətlər iqlim problemləri fonunda böyük çətinliklərlə üzləşirlər


İqlim problemləri fonunda ən böyük çətinliklər kiçik dövlətlərin üzərinə düşür.

“Report” xəbər verir ki, bunu Baham adalarının Baş naziri Filip Davis noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, dövlətlər iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmalıdırlar:

“İqlim dəyişikliyi ilə əlaqədar qasırğalar, quraqlıqlar və daşqınlar baş verir, çətinliklər göz qabağındadır. Bu bizim qarşımızda ciddi öhdəliklər qoyur. Böyük fəlakətləri önləmək mümkündür. Biz öz irsimizi qoruyub saxlamaq istəyiriksə, daha çox çalışmalıyıq. Milli səviyyədə müəyyən edilən töhfələr sənədinin hazırlanmasını sürətləndirmək lazımdır. Çünki bu sənəd hazır olduqda, beynəlxalq birliyin üzərinə konkret öhdəliklər düşəcək.

Bu gun qlobal temperaturun 1,5 dərəcədən çox artmasına imkan verilməməsini vacib hesab edirik. Əks halda, bu prosesin qarşısını ala bilməyəcəyik. Biz bu istiqamətdə əlimizdən gələni əsirgəməliyik. Həmçinin ədalətsizlik nəticəsində də müəyyən problemlər yaranır. Təbii sərvətlərin zənginliyinə baxmayaraq, iqlim problemlərinin həlli üçün maliyyə vəsaiti çatışmır. Bu səbəbdən, bizim üçün itkilər və zərərlər fondunun yaradılması vacibdir”.

Oxşar xəbərlər

İqlim dəyişiklikləri ilə mübarizəyə dair fövqəladə hallar fondunun yaradılması təklif olunur
Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib
Nigar Arpadarai: İqlim dəyişikliyi ilə mübarizə hər kəsi əhatə etməlidir
Patrisiya Canet Skotland: COP29-da alınan qərarlarda heç bir boşluq qalmamalıdır
Nigar Arpadarai: COP29 Azərbaycanı kiçik ölkədən daha böyük müzakirələrin iştirakçısına çevirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle