COP 29 zamanı nəqliyyatın hərəkətinə tam açıq olacaq küçələr açıqlanıb
sizinxeber.az xəbər saytı

COP 29 zamanı nəqliyyatın hərəkətinə tam açıq olacaq küçələr açıqlanıb


COP 29 günlərində Bakıda bir sıra küçələr nəqliyyatın hərəkətinə tam açıq olacaq.

Sizinxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O bildirib ki, Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq.

"Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində müvəqqəti məhdudlaşma olacaq", - N.Piriyev əlavə edib.

Oxşar xəbərlər

COP29 günlərində rayonlardan Bakıya gələn avtomobillərə məhdudiyyət tətbiq olunmayacaq
COP 29 günlərində nəqliyyatın hərəkətinin təşkil ediləcəyi istiqamətlər açıqlanıb
Namidan Piriyev: "COP29 günlərində rayondan Bakıya gələn avtomobillərə məhdudiyyət olmayacaq"
COP29-la əlaqədar bəzi küçə və prospektlərdə monitorinqlər aparılacaq
Bakıda sıxlıq olan yollar - SİYAHI - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle