Naxçıvanda COP 29-la bağlı konfrans keçiriləcək
Naxçıvanda COP 29-la bağlı konfrans keçiriləcək
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Naxçıvanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrans - COP 29-la bağlı konfrans keçiriləcək.
Naxçıvan Muxtar respublikasının yaranmasının 100 illiyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” tədbirləri çərçivəsində keçiriləcək konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, COP 29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və konfrans iştirakçıları Ulu Öndəin abidəsinə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev səfər çərçivəsində həmçinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maddi-texniki bazası ilə tanışlıq olacaq, nazirlikdə vətəndaşların qəbulunu həyata keçirəcək.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
