COP29 çərçivəsində dini liderlərin sammitinin keçirilməsi üzrə hazırlıq işləri müzakirə edilib
Müsəlman Ağsaqqalları Şurası ilə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı çərçivəsində dini liderlərin sammitinin keçirilməsi istiqamətində görülən hazırlıq işləri müzakirə edilib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamın görüşündə söhbət aparılıb.
Görüşdə Dövlət Komitəsinin sədri Azərbaycanın bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına, habelə İslam həmrəyliyinin gücləndirilməsi işinə verdiyi önəm barədə danışıb. O vurğulayıb ki, Azərbaycan beynəlxalq miqyasda İslam dəyərlərinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir.
R.Məmmədov, həmçinin COP28-də ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, habelə Vatikan ilə birgə dini liderlərin sammitini keçirən Müsəlman Ağsaqqalları Şurasının qazandığı təcrübənin əhəmiyyətinə toxunub.
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İslam dünyasında məzhəblərarası dialoqun reallaşması istiqamətində sərgilədiyi nümunəni uğurlu örnək kimi dəyərləndirib. O, eyni zamanda, COP29 çərçivəsində Azərbaycanla əməkdaşlıq şəraitində keçiriləcək sammitin dinlərarası dialoqa töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır
Bu komitə sədri də yola salındı
Polşanın Baş müftisi Azərbaycana gəlib, Allahşükür Paşazadə ilə görüşüb
Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaş qəbulu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












