Saymon Stil: Siyasi iradənin olmaması iqlim fəaliyyətinin inkişafında əsas maneədir
sizinxeber.az xəbər saytı

Saymon Stil: Siyasi iradənin olmaması iqlim fəaliyyətinin inkişafında əsas maneədir


Siyasi iradənin olmaması iqlim fəaliyyətinin daha da inkişafına maneədir.

Bunu "Sizinxeber.az"a müsahibəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell) İstixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədinə nail olmaq yolunda mövcud oln maneələrdən danışarkən deyib.

O qeyd edib ki, müzakirələrin və mübahisəli məsələlərin maliyyə və texniki detallarla bağlı olmasına baxmayaraq, bunların hər birinin həlli var, tək çatışmayan siyasi iradədir.

"Ümumilikdə isə maliyyə məsələsi bu ilin əsas gündəmidir. Azərbaycan sədrliyi tərəfindən bunu dəstəkləmək və asanlaşdırmaq üçün böyük səy tələb olunur. Həmçinin 190 ölkə yeni maliyyə məqsədi barədə razılığa gəlməlidir. Buna paralel olaraq, bu il hazırlanacaq və gələn il Braziliyada təqdim ediləcək yeni iqlim planları ölkələrin milli səviyyədə öhdəliklərini müəyyənləşdirəcək. Nəticədə emissiyaları 2030-cu ilə qədər yarıya qədər, 2035-ci ilə qədər isə 60 % azalda bilərik", - S.Stil əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Sayad Həsənli, Elvin Camalov

Oxşar xəbərlər

Saymon Stil: "Azərbaycanın COP29 üçün səfərbər olması heyranedicidir" - MÜSAHİBƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: Bu gün görülən işlər qlobal iqlim probleminin qarşısını almağa xidmət edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: Bütün BMT sistemi COP29 üçün Azərbaycana dəstəkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əl-Caber: COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanmasında böyük rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər