Azərbaycanda quşçuluq üzrə sığorta mexanizmi bu ilin sonuna qədər hazır olacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda quşçuluq üzrə sığorta mexanizmi bu ilin sonuna qədər hazır olacaq


Azərbaycanda quşçuluq sahəsində sığorta mexanizminin yaradılması istiqamətində işlər aparılır və bu məhsulun bu ilin sonuna qədər fermerlərə təqdim olunması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, bu məsələni "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənov qaldırıb: “Bu gün Mürvət müəllim təklif etdi ki, niyə quşçuluq təsərrüfatlarının sığortalanmasına hələ başlanılmayıb. Biz də söz verdik ki, ilin sonuna qədər bu məhsulu tətbiq edib fermerlərə təqdim edək”.

Fond sədri əlavə edib ki, əsas məqsəd iqlim dəyişikliklərinə uyğunlaşa bilən və risklərə qarşı dayanıqlı sığorta mexanizmlərinin formalaşdırılmasıdır: “Məqsədimiz fermerlərin və investorların fəaliyyətlərinin davamlılığını təmin edəcək sistemlər yaratmaqdır. Mövcud sistem yeni olduğu üçün bəzi çətinliklər də mövcuddur və bu problemlərin həlli istiqamətində assosiasiyalarla əməkdaşlıq edilir. Yalnız təriflərlə kifayətlənmək istəmirik. Qarşıda bizi gözləyən ciddi işlər var”.

F. Sadıqov xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin və fermerlərin maarifləndirilməsinin də fondun prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Aqrar Sığorta Fondu: Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70 % arta bilər
Fuad Sadıqov: "Azərbaycanda əkin sahələrinin 94 %-i aqrar sığorta xidmətlərinə əlçatandır"
Fuad Sadıqov: "Aqrar Sığorta Fondunun ötənilki ödənişləri bütün ölkəni əhatə edib"
Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir"
Aqrar Sığorta Fondunun ödənişləri 10 milyon manatı ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər