Lənkəran və Lerikdə Aqrar Biznes Festivalları keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Lənkəran və Lerik rayonlarında Aqrar Biznes Festivalları keçirilib.
“Sizinxeber.az” nazirliyə istinadən xəbər verir ki, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsulların sərgiləndiyi festivallara Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad, Yardımlı rayonlarından fermerlər qatılıblar.
Lənkəran regional “ASAN xidmət” mərkəzi və Lerik rayon icra hakimiyyəti binasının qarşısında təşkil edilən festivallarda dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar, onlardan istifadə qaydaları barədə məlumat veriblər.
Tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası təşkil olunub. Kredit yarmarkalarında bank və bank olmayan kredit təşkilatları kredit məhsulları təklif edilib. Aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı fermerlərə ətraflı məlumatlar təqdim olunub.
Lənkəran və Lerik rayonlarında keçirilən tədbirlərdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər fermerlərə xidmət və məhsullar barədə geniş məlumat velib.
Sərgi və nümayiş bölməsi ilə yanaşı festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib.
Festivalar çərçivəsində fermerlər üçün “Su həyatdır” layihəsinin təqdimatı olub.
Bu il 29 Aqrar Biznes Festivalı keçirilib.
Oxşar xəbərlər
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri dəyişib
Naxçıvanda toxum sərgi-satış yarmarkası keçirilib
Siyəzəndə Aqrar Biznes Festivalı keçirilib
Masallı və Neftçalada növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək