Qaxda fındıq yığımı başa çatıb, məhsuldarlıq aşağı olub
sizinxeber.az xəbər saytı

Qaxda fındıq yığımı başa çatıb, məhsuldarlıq aşağı olub


Qax rayonunun əksər kəndlərində təsərrüfatın böyük bir hissəsini fındıqçılıq təşkil edir ki, bu sahə də kənd əhalisinin əsas məşğuliyyət sahəsi və gəlir mənbəyi hesab olunur.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatıan görə, rayonda bir ay davam edən fındıq yığımı artıq başa çatıb.

Güclü yağışlar və dolu səbəbindən fındıq bağlarında məhsuldarlıq xeyli aşağı düşüb. Orta hesabla 200 fındıq kolu olan kəndli ötən il həmin sahədən 2 ton məhsul götürürdüsə, bu il rəqəm 800 kq-1 ton arası olub.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən "Sizinxeber.az"un yerli bürosuna bildirilib ki, təsərrüfat sahələrinin 10 186 hektarını fındıq bağları təşkil edir. Məhsuldarlıq hər fındıq kolu üçün 8,5 kq təşkil edib.

Qeyd edək ki, bağlardan yığılan fındıq kənd ərazisində səyyar şəkildə fəaliyyət göstərən fındıq təmizləyən maşınlar vasitəsi ilə təmizlənir. Bundan başqa, rayon ərazisində fındıq zavodları da fəaliyyət göstərir. Hazırda fındığın 1 kiloqramını qiyməti 4-4,50 AZN təşkil edir.

Oxşar xəbərlər

Azərbaycan fındığının gələcəyi: yeni bazarlar yoxsa ənənəvi tərəfdaşlar?
Cəlilabadda çiyələk yığımı davam edir, məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir 
Cəlilabadda üzüm yığımı yekunlaşıb, bu il məhsul ötənilkindən bol olub 
Fındığın insan orqanizmi üçün əsas faydaları
Azərbaycanda taxıl zəmilərinin 73 %-də biçin başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər