Azərbaycanda narın məhsuldarlıq problemləri və çətinliklər arasında gələcək proqnozları açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda narın məhsuldarlıq problemləri və çətinliklər arasında gələcək proqnozları açıqlanıb


Bu il Azərbaycanda keyfiyyətli nar məhsulun həcmi aşağı olarsa, onun qiymətlərində artım ola bilər.

Bu barədə “Sizinxeber.az”a “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

“Qiymətlər əsasən məhsuldarlıq, alıcı tələbatı və ixrac xərclərindən asılı olaraq formalaşır. Bu il keyfiyyətli məhsul həcmi az olarsa, qiymətlərin bir qədər qalxması mümkündür. Hazırda daxili bazarda narın 1 kiloqramının qiyməti 1,5-10 manat arasında dəyişir, lakin adətən yanvar-fevral aylarında bu qiymətlərin 30 manata qədər yüksəlməsi gözlənilir,” - deyə F.Qaraşov bildirib.

O qeyd edib ki, Azərbaycanda nar istehsalçıları bir sıra problemlərlə üzləşirlər, o cümlədən iqlim dəyişikliyi, dərman və gübrələrin keyfiyyəti və qiyməti, suvarma, logistika və müasir texnologiyaların tətbiqi. “Bu məsələlərin həlli üçün suvarma sistemlərinin modernləşdirilməsi və dövlət dəstəyi ən təsirli mexanizmlərdir. Eyni zamanda, ixrac təşviqi ilə bağlı tədbirlər də fermerlərin inkişafına töhfə verə bilər”, - deyə o vurğulayıb.

F. Qaraşov əlavə edib ki, Azərbaycanda nar sahələrində damcı suvarma, bioloji gübrələr və təkmilləşdirilmiş sortlar kimi yeni texnologiyalar tətbiq olunur. “Bu aqrotexniki yeniliklər məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün əsas amillərdir”.

Oxşar xəbərlər

Fərhad Qaraşov: “Azad olunan ərazilərdə yetişdirilən narın satışına başlanılır”
Assosiasiya: Gübrə və pestisidlərin qiymətlərinin artması narçı fermerləri çətin vəziyyətə salır
Assosiasiya sədri: "Nar ixracı üçün “Global Gap”ın subsidiyalaşdırması məqsədəuyğundur"
Tərsinə "işləyən" bazar sistemi: Rusiyaya tonlarla satılan və "kiçilən" yumurta bu dəfə niyə bahalaşdı?
Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda nar üçün yeni bazarlar axtarır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər