Şəmkirdə 140 min tona yaxın kartof yığılıb
sizinxeber.az xəbər saytı

Şəmkirdə 140 min tona yaxın kartof yığılıb


Şəmkir rayonunda kartof sahələrindən kartof yığımı davam edir.

“Report”un Qərb bürosunun məlumatına görə, cari ilin məhsulu üçün Şəmkirdə 6615,2 hektar sahədə kartof əkilib. Son statistik məlumatlara görə, əkilmiş sahələrin 4802hektarında məhsul yığımı artıq başa çatıb.

Fermerlər tərəfindən ümumilikdə 133,975 ton məhsul yığılıb, orta məhsuldarlıq hər hektara görə 278 sentner təşkil edib.

Yerli fermerlər bildirib ki, bu il becərdikləri kartof sahəsinin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və məhsuldarlıq yüksək səviyyədədir.

Oxşar xəbərlər

Şəmkirdə yığılmış kartofun həcmi açıqlanıb
Cəlilabadda payızlıq kartof yığımı yekunlaşıb, məhsuldarlıq yüksəkdir
Cəlilabadda payızlıq kartof əkini başlayıb, bu il sahələr artırılıb 
Cəlilabadda payızlıq kartof yığımının məhsuldarlığı yüksək olub
Cəlilabadda payızlıq kartofun yığımı başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər