Qazaxıstan buğda idxalına qoyulan qadağanı ilin sonuna qədər uzadıb
sizinxeber.az xəbər saytı

Qazaxıstan buğda idxalına qoyulan qadağanı ilin sonuna qədər uzadıb


Qazaxıstan hakimiyyəti buğdanın bütün nəqliyyat vasitələri ilə idxalına qoyulan qadağanının müddətini 2024-cü ilin sonuna qədər uzadıb.

“Report”un xəbərinə görə, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Buğdanın boz sxemlərlə ölkəyə idxalı və Rusiyanın sərhədyanı rayonlarından avtomobil yolu ilə təkrar ixracı təhlükəsi hələ də qalmaqdadır. Proqnozlara əsasən Qazaxıstanda taxıl biçini ötən ildən daha yüksək olacağı gözlənilir”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Qazaxıstan 2024-cü il aprelin 12-dən buğdanın ölkəyə idxalına müvəqqəti qadağa qoyub və bu qadağa altı ay müddətində qüvvədə olmalı idi.

Oxşar xəbərlər

İsrail “Əl-Cəzirə”yə qoyulan yayım qadağasını uzadıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Komissiyası: Almaz idxalına qadağa Rusiyanı ildə 4 milyard avrodan məhrum edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Britaniya Rusiya metallarının idxalına qadağa qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər