Ankarada xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” sərgisi keçirilir
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın xalq rəssamı, qrafika ustası Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisinə start verilib.
“Sizinxeber.az”un Ankara bürosunun xəbərinə görə, aprelin 22-dək davam edəcək sərgidə rəssamın Azərbaycanın qədim miniatür sənəti ənənələrinə aid 25 əsəri nümayiş olunur.
Arif Hüseynovun 80 illiyi ilə əlaqədar keçirilən tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), İncəsənət və Sənətkarlar İcması Mədəniyyət Dərnəyi (SAKÜDER) tərəfindən təşkil edilib.
Rəssam “Sizinxeber.az”un Ankara bürosuna bildirib ki, onun əsərləri indiyədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.
A.Hüseynov qardaş Türkiyədə də əsərlərinə maraq yaranacağına ümid etdiyini bildirib: “80 illik yubileyimlə əlaqədar 4-cü sərgidir ki, keçirilir. Bunlardan 3-ü Bakıda olub. Sonuncunun Ankarada təşkil olunmasına qərar verildi. Qardaş ölkədə folklor nümunələrimizi nümayiş etdirmək mənim üçün çox xoş bir sürpriz oldu. Sevincliyəm və inanıram ki, bu əsərlərin türk dünyasına müsbət təsiri olacaq”.
Musiqili tədbirdə sərgi iştirakçılarına Novruz atributu olan səməni və Azərbaycan şirniyyatları da nümayiş edilib.
Oxşar xəbərlər
Xalq rəssamı Arif Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib
TÜRKSOY Ankarada Rasim Ocaqovun xatirəsinə fotosərgi və "Təhminə" filminin nümayişini keçirəcək
Komitə Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yaydı
Kinorejissor Rasim Ocaqov Türkiyədə anılıb
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı















