Kinorejissor Rasim Ocaqov Türkiyədə anılıb
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti, Rasim Ocaqovun 90 illik yubileyi ilə əlaqədar anım tədbiri, fotosərgi və film nümayişi olub.
“Report”un Ankara bürosunun xəbərinə görə, tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşrlər şöbəsində (Milli Kitabxana) Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un təşkilatçılığı ilə keçirilib.
Türkiyə Kitabxanalar və nəşrlər şöbəsinin müdiri Taner Beyoğlu kinorejissorun professional fəaliyyətinin zənginliyi haqqında danışıb, R.Ocaqovla şəxsi tanışlığının olduğunu bildirib.
TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf deyib ki, R.Ocaqovun filmləri keçmiş SSRİ-də ən yüksək mükafatlara layiq görülsə də, kinorejissorun fəaliyyəti keçmiş ittifaq çərçivəsindən kənara çıxmadığı üçün, kifayət qədər tanınmayıb. Buna baxmayaraq, filmlər aktuallığını itirməyib və hər zaman müasirdir.
Kinorejissorun ən çox sevilən ekran əsərlərindən “Təhminə” filminin baş qəhrəmanları - Xalq artisti Fəxrəddin Manafov və türkiyəli aktrisa Meral Konrat da sənətkarla bağlı xatirələrini bölüşüblər. M.Konrat deyib ki, filmə 30 il əvvəl quruluş verilsə də, bu günlə səsləşir.
Sonra kinorejissor haqqında qısametrajlı film və “Təhminə” nümayiş etdirilib.
Oxşar xəbərlər
TÜRKSOY Ankarada Rasim Ocaqovun xatirəsinə fotosərgi və "Təhminə" filminin nümayişini keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sultan Raev: “TÜRKSOY-a üzv ölkələrin Milli Kitabxanalar Birliyini quracağıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kərim Tahirov: “Yaxın zamanda Türk Dünyası Kitabxanaları Birliyi qurulacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taner Beyoğlu: "Türk Dünyası Kitabxanaları Birliyinin yaradılması ilə bağlı müzakirələr davam edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













