Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr qaz almağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr qaz almağı planlaşdırır


Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər təbii qaz almağı nəzərdə tutur.

"Sizinxeber.az" Çexiya informasiya agentliklərinə istinadən xəbər verir ki, bunu ölkənin sənaye və ticarət naziri Karel Havliçek bildirib.

Onun sözlərinə görə, tədarük 2028-2029-cu illərdə başlaya bilər.

"Razılaşma hələ imzalanmayıb, lakin müqavilə artıq razılaşdırılıb və hazırlığın irəliləmiş mərhələsindədir", - deyə nazir qeyd edib.

Bundan əvvəl Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı Praqanın Azərbaycan qazının alınması üzrə uzunmüddətli müqavilə bağlamağı nəzərdə tutduğunu bildirmişdi.

Hazırda Azərbaycan 42 % payla Çexiyanın ən böyük neft tədarükçüsüdür.

Oxşar xəbərlər

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Çexiya və ABŞ illik 1,4 milyard kubmetr qazın rezervi barədə razılığa gəlib
Andrey Babiş: Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır
Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər