Britaniyanın Gürcüstandakı səfirliyi seçkilərlə bağlı qrant layihələri ləğv edib
sizinxeber.az xəbər saytı

Britaniyanın Gürcüstandakı səfirliyi seçkilərlə bağlı qrant layihələri ləğv edib


Böyük Britaniyanın Gürcüstandakı səfirliyi ölkədə oktyabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı planlaşdırılan qrant layihələrinin qeyri-müəyyənlik səbəbindən ləğv olunduğunu bəyan edib.

"Report"un Gürcüstan bürosu bu barədə diplomatik nümayəndəliyin açıqlamasına istinadən xəbər verir.

Açıqlamada qeyd olunub ki, bu qərar seçki prosesində şəffaflıq və rəqabətliliyin artırılmasına yönəlmiş mühüm təşəbbüslərin həyata keçirilməsinə əngəl yaradacaq.

Səfirliyin məlumatına əsasən, Birləşmiş Krallıq tərəfindən təklif olunan qrantlar seçicilərin maarifləndirilməsi və vətəndaş müşahidəçiliyi kimi fəaliyyətləri əhatə edirdi. Bu təşəbbüslər Gürcüstanın Mərkəzi Seçki Komissiyası tərəfindən də faydalı və zəruri hesab olunub.

Böyük Britaniya Gürcüstanda demokratiyanın inkişafına dəstək verməyə hazır olduğunu da bəyan edib.

Oxşar xəbərlər

ABŞ Gürcüstandakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
Böyük Britaniya səfirliyi və AMB bank sektorunda karbon uçotu üzrə təlim keçir
Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb
Gürcüstanın parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi yaradılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle