Umerov: Rusiya ilə həlak olanların meyitlərinin "6000-in 6000-ə" formatında mübadiləsi üzərində iş aparılır
sizinxeber.az xəbər saytı

Umerov: Rusiya ilə həlak olanların meyitlərinin "6000-in 6000-ə" formatında mübadiləsi üzərində iş aparılır


Ukrayna Rusiya ilə həlak olmuş əsgərlərin meyitlərinin "6000-in 6000-ə" formatında mübadiləsi üzərində işləyir.

“Sizinxeber.az” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rüstəm Umerov sosial şəbəkələrdə bildirib.

O, bu gün Rusiya ilə əsirlərin irimiqyaslı mübadiləsinin ilk mərhələsinin keçirildiyini xatırladıb.

R.Umerovun sözlərinə görə, İstanbulda əldə edilmiş razılaşmalar ayrı-ayrı kateqoriyalardan olan hərbi əsirlərin: ağır yaralıların, ciddi xəstəlikləri olanların və 25 yaşına çatmayan hərbçilərin mərhələli şəkildə qaytarılmasını nəzərdə tutur.

Müdafiə naziri mübadilə prosesinin yaxın günlərdə davam edəcəyini qeyd edib.

"Ukrayna hər gün "hamının hamıya" mübadilə formulunun reallığa çevrilməsi üzərində işləyir", - o bildirib.

Oxşar xəbərlər

Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbçilərin meyitlərinin mübadiləsini razılaşdırıb
Ukrayna 6000 hərbçinin cəsədinin qaytarılmasını təxirə saldı
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib
Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir
Rusiya ilə Ukrayna ağır yaralıların və 25 yaşadək hərbçilərin mübadiləsini həyata keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər