Rusiya Ukraynaya “Mi-8” və “Mi-17” üçün komponentlərin tədarükü cəhdinin qarşısını alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2025
12:00

Rusiya Ukraynaya “Mi-8” və “Mi-17” üçün komponentlərin tədarükü cəhdinin qarşısını alıb

09 in, 2025
12:00
297

Rusiya Ukraynaya “Mi-8” və “Mi-17” üçün komponentlərin tədarükü cəhdinin qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) xaricə, o cümlədən Ukraynaya Rusiya istehsalı olan “Mi-8” və “Mi-17” helikopterləri üçün komponentlərin tədarükünün qarşısını alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, Rusiya, Ukrayna və Yaxın Şərq ölkələrinin vətəndaşlarından ibarət olan altı nəfərlik dəstənin fəaliyyəti xaricdən əlaqələndirilib.

Komponentlərin dəyəri 400 milyon rubldan (5 milyon dollar) çox olub. Bu vəsait hesabına ən azı dörd helikopterin uçuş qabiliyyətini bərpa etmək mümkündür.

FTX-dən verilən məlumata görə, 2023-cü ilin oktyabrından Rusiyadan Ukraynaya hərbi məhsulların və komponentlərin qanunsuz ixracı ilə bağlı 236 cəhdin qarşısı alınıb. İxracın baş tutacağı təqdirdə dəymiş ziyan 1 milyard rubl ($12,75 milyon) təşkil edə bilərdi.

Bizimlə əlaqə saxlayın