Moskva vilayətindəki anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Moskva vilayətindəki anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB


Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində yanacaq-sürtkü materialları anbarında baş verən açıq yanğın söndürülüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin telegram kanalında məlumat verilib.

Nazirlik əlavə edib ki, hadisə yerində 50-dən çox mütəxəssis və 12 texnika işləyib.

01:08

Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində içərisində qaz balonları və yanar maye olan 21 min kv.m sahədə anbar yanır.

“Sizinxeber.az” bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fövqəladə vəziyyətlə əlaqədar Yaroslavskoe və İvanteyevskoe magistrallarında nəqliyyatın hərəkəti dayandırılıb.

Polis yanğın baş verən ərazidə mühasirəyə alıb və yanğının ətrafındakı 500 metrlik ərazini təhlükəsizlik zonası elan edib. Yanğının söndürülməsində 100-dən çox canlı qüvvə və 27 texnika iştirak edir.

Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, anbarın damı 13 min kv.m sahədə çöküb.

Hazırda yanğın 21 min kvadratmetr sahədə lokallaşdırılıb. Moskva vilayət prokurorluğu yanğının baş vermə səbəblərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparır.

Oxşar xəbərlər

Moskva vilayətində iki hektar sahədə içərisində qaz balonları olan anbar yanır
Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb
Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb
Rostovun məşhur bazarındakı yanğın söndürüldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər