Moskva vilayətində iki hektar sahədə içərisində qaz balonları olan anbar yanır
Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində içərisində qaz balonları və yanar maye olan 21 min kv.m sahədə anbar yanır.
“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fövqəladə vəziyyətlə əlaqədar Yaroslavskoe və İvanteyevskoe magistrallarında nəqliyyatın hərəkəti dayandırılıb.
Polis yanğın baş verən ərazidə mühasirəyə alıb və yanğının ətrafındakı 500 metrlik ərazini təhlükəsizlik zonası elan edib. Yanğının söndürülməsində 100-dən çox canlı qüvvə və 27 texnika iştirak edir.
Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, anbarın damı 13 min kv.m sahədə çöküb.
Hazırda yanğın 21 min kvadratmetr sahədə lokallaşdırılıb. Moskva vilayət prokurorluğu yanğının baş vermə səbəblərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparır.
Oxşar xəbərlər
Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb
Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb
Rusiyada meşə yanğınları güclənib
Rusiyanın Tambov vilayətində yanğın nəticəsində 3 nəfər ölüb
Bakıda açıq sahədə baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













