Ərdoğan Rusiya və Ukrayna arasında İstanbul danışıqlarını tarixi hadisə kimi qiymətləndirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların bir neçə gün əvvəl İstanbulda keçirilən növbəti raundunu tarixi hadisə kimi qiymətləndirib.
“Sizinxeber.az” “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə Qurban bayramı münasibətilə təbrikində deyib.
Dövlət başçısı rəsmi Ankaranın tərəflər arasında ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirəcəyini diqqətə çatdırıb.
O, həmçinin Suriyadakı durum barədə də danışıb: “Qonşumuz Suriyada yeni administrasiyanın ölkənin milli birliyi, ərazi bütövlüyü və davamlı inkişafı üçün apardığı mübarizəni yüksək qiymətləndiririk. İnanırıq ki, bölgədəki bütün qardaş ölkələrin dəstəyi ilə Suriya davamlı sülhə nail olacaq və əvvəlki günlərinə qayıdacaq".
Oxşar xəbərlər
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün səylər gücləndirilməlidir
Hakan Fidan: Rusiya və Ukrayna arasında davamlı sülh üçün Türkiyə bütün addımları atmağa hazırdır
Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib
Ərdoğandan Zelenski ilə görüşdən sonra açıqlama...
Türkiyə Prezidenti: Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













